FIFA "Real" və "Atletiko"ya qoyduğu transfer qadağası tlə bağlı klubların etiraz məktubuna baxıb. Fanat.Az xəbər verir ki, ali futbol qurumu hər iki klubun etirazını rədd edib.
Beləliklə, iki Madrid nəhənginə qoyulmuş transfer qadağası qüvvədə qalıb. Həmin qadağaya əsasən "Real"la "Atletiko" 2016/17 mövümünün qış və 2017/18 mövsümünün yay transfer dövrlərində heyətinə yeni oyunçu qata bilməyəcək. Klubların cəzası 2018-ci ilin yanvarında başa çatacaq.
Qeyd edək ki, FIFA İspaniya klublarını yetkinlik yaşına çatmayan futbolçuların transferində yol verdikləri qanunsuzluqlara görə cəzalandırıb. Daha əvvəl "Barselona" eyni səbəbdən cəza almışdı.
Fanat.Az