"Real" transfer bombasını partladır - RƏSMİ

"Real" transfer bombasını partladır - RƏSMİ

"Real" yayın transfer bombasını partlatmağa hazırlaşır. Fanat.az xəbər verir ki, "Kral Klubu" "Bavariya"dan Robert Levandovskini transfer edir.

Almaniyanın "Der Speigel" qəzeti iddia edir ki, hazırda tərəflər arasında danışıqlar gedir. "Real" rəsmiləri polşalı ulduzun meneceri Sezari Kuçarski ilə müqavilə şərtlərini müzakirə edir. 

Xəbəri Sezari Kuçarski də təsdiq edib. Menecer "Der Speigel"ə açıqlamasında "Real"la danışıqlar apardıqlarını etiraf edib: "Real" rəsmiləri bizimlə bir neçə dəfə təmasa keçdi. Onların dediyi hər şeyi dinlədik. "Real" böyük və həyacanverici bir klubdu. "Bavariya" rəsmilərinə də madridlilərlə danışıqlar apardığımızı bildirdik".

İspaniya mətbuatı da bu transferlə bağlı yeni məlumatlar yayıb. İddiaya görə, "Kral Klubu" "Transfermarkt"ın 70 milyon avro qiymət qoyduğu futbolçu üçün "Bavariya"ya 90 milyon avro verməyə hazırdı. Bu transfer baş tutmsa, Madrid klubu Kərim Benzemanı satacaq.

Qeyd edək ki, Levandovski başa çatan mövsümdə "Bavariya"nın heyətində 51 rəsmi oyuna çıxıb və 42 qol vurub. Polşalı ulduz 30 qolla Bundesliqanın bombardiri olub. Çempionlar Liqasında 9 qol vuran Leva bombardirlər yarışında Kriştiano Ronaldodan (16 qol) sonra ikincidi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər