"Real" transfer bombasını partladır - 65 milyon avro

"Real" transfer bombasını partladır - 65 milyon avro
"Real"ın baş məşqçisi Zinəddin Zidan bir neçə gün əvvəl verdiyi açıqlamala bildirmişdi ki, yeni transferləri yaxın günlərdə elan edəcəklər. Fanat.az xəbər verir ki, "Kral Klubu"nun yeni transferlərindən birinin David Alaba olacağı müəyyənləşib.
İspaniya mətbuatının məlumatına görə, "Bavariya" "Real"ın avstriyalı futbolçu üçün təklif etdiyi 50 milyon avrodan imtina edib. Amma Madrid klubu geri çəkilməyib və bu dəfə 65 milyon avroluq təklif irəli sürüb. İddia olunur ki, münhenlilər Alaba üçün 80 milyon avro tələb edir. 
Qeyd edək ki, Alaba 16 yaşında - 2008-ci ildə "Bavariya"ya transfer olunub. Hazırda "Transfermarkt" ona 45 milyon avro qiymət qoyub. 24 yaşlı müdafiəçi 2015/16 mövsümündə 46 oyuna çıxıb və 2 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər