İspaniya La Liqasında XXX turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Barselona"nın "Selta"nı 3:0 hesabı ilə yendiyi gecədə "Real" xal itirib.
"Kral Klubu" səfərdə "Sevilya"ya yenilib. Hesabı 14-cü dəqiqədə Kriştiano Ronaldo açıb. 5 dəqiqə sonra Karlos Bakka bərabərliyi təmin edib. O, 73-cü dəqiqədə dublunu rəsmiləşdirərək "Sevilya"ya qələbə qazandırıb.
"Atletiko" isə "Qranada"nı qəbul edib. Dieqo Kostanın 63-cü dəqiqədə vurduğu qol Madrid klubuna qələbə qazandırıb.
Bu nəticələrdən sonra "Atletiko" 73 xalla vahid liderliyi ələ keçirib. "Barselona" 72 xalla ikinci pillədə qərarlaşıb. Aktivində 70 xal olan "Real" isə üçüncü yeri tutur.
Fanat.az