"Real" sabiq "Barselona"lını transfer edir

"Real" sabiq "Barselona"lını transfer edir

"Real" "Barselona"nın sabiq futbolçusunu transfer etmək istəyir. Fanat.Az xəbəp verir ki, "Kral Klubu" "Arsenal"ın formasını geyinən Aleks Sançesi heyətinə qatmağa çalışır.

İddialara görə, "Real" artıq çilili futbolçu ilə danışıqlara başlayıb. Aleks Sançesin müqaviləsi mövsümün sonunda bitəcək və onun "Arsenal"da qalmq istəmədiyi deyilir.

Qeyd edək ki, "Barselona" 2011-ci ildə "Udineze"dən 26 milyon avroya aldığı Aleks Sançesi 2014-cü ildə "Arsenal"a 42,5 milyon avroya satıb. hazırda "Transfermarkt" 28 yaşlı forvarda 65 milyon avroya qiymət qoyub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər