"Real Madrid"in vingeri Rodriqo Qoes Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda Dortmund "Borussiya"sına qarşı dünən keçirdikləri oyunda (5:2) zədələnib.
Fanat.Az "Relevo"ya istinadən xəbər verir ki, braziliyalı futbolçu dizaltı vətərindən xəsarət alıb.
Mənbə Rodriqonun La Liqanın 11-ci turunda "Barselona"ya qarşı keçirəcəkləri matçda iştirak edə bilməyəcəyini vurğulayıb.
Qeyd edək ki, "Real Madrid" - "Barselona" matçı oktyabrın 26-da keçiriləcək. Hazırda 27 xalı olan Kataloniya təmsilçisi turnir cədvəlinin 1-ci, "Kral klubu" isə 24 xalla 2-ci pilləsində qərarlaşıb.
Nihat