"Barselona"nın seriyası qırılıb. Fanat.az xəbər verir ki, "El Klasiko"da "Real"a uduzan Kataloniya klubunun məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub.
"Barselona" sonuncu dəfə ötən ilin 3 oktyabrında "Sevilya"ya uduzmuşdu. La Liqada 23, ümumilikdə 39 oyunda uduzmayan Luis Enrikenin yetirmələri uğurlu seriyanı 40-a çatdıra bilməyib.
"Barselona" həm də 2016-cı ildə ilk məğlubiyyətini alıb. Bununla da "Böyük beşlik"də uduzmayan bir komanda qalıb. Belə ki, Dortmund "Borussiya"sı bu il hələ ki, məğlubiyyət acısı yaşamayıb.
Fanat.az