"Real" - "Barselona": "El Klasiko"nun qol silahları

"Real" - "Barselona": "El Klasiko"nun qol silahları

Sabah klub futbolunun ən böyük matçı baş tutacaq. Fanat.az хəbər verir ki, La Liqanın XII turunda "Real" lider "Barselona"nı qəbul edəcək.

"El Klasiko"da "Real"ın əsas silahı təbii ki, Kriştiano Ronaldo olacaq. Bu mövsüm La Liqada 8 qol vuran portuqaliyalı ulduz bombardirlər yarışında "Real Sosyedad"dan İmanol Agirretkse və "Rayo Vallekano"dan Xavi Querra ilə birlikdə 3-5-ci pillələri bölüşür.

"Barselona"nın əsas silahı Lionel Messinin vəziyyətinə isə hələ aydınlıq gəlməyib. Zədə səbəbindən iki aydı oynamayan argentinalı futbolçu bu həftə məşqlərə başlasa da, hələ oynayıb-oynamayacağı bilinmir. Messi oynamasa belə, "Barselona"nın iki superulduzu - Neymar və Luis Suares meydanda olacaq. Neymar bu mövsüm La Liqada 11 qol vurub və bombardirlər yarışına başçılıq edir. Onu 9 qolla Suares izləyir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər