"Real" onu transfer edir

"Real" onu transfer edir

"Real"ın qışda heyətinə qatmaq istədiyi futbolçulardan biri müəyyənləşib. Fanat.Az xəbər verir ki, "Kral Klubu"nun "Leypsiq"dən Timo Verneri heyətinə qatmaq istədiyi bildirilir.

Məlumatda bildirilir ki, "Real"ın təmsilçiləri "DÇ-2018"in seçmə mərhələsində keçirilən Almaniya - Norveç matçını canlı  izləyərək 21 yaşlı mərkəz hücumçusu haqqında daha ətraflı məlumat toplayıb. "Real"ın qış fasiləsində futbolçu üçün "Leypsiq"ə rəsmi təklif göndərəcəyi deyilir.

"Leypsiq" Timo Verneri 2016-cı ildə "Ştutqart"dan 10 milyon avroya alıb. "Real"ın onun üçün Almaniya klubuna 25 milyon avro təklif edəcəyi deyilir.

Qeyd edək ki, ötən mövsüm "Leypsiq"in heyətində 33 rəsm oyuna çıxan 21 yaşlı futbolçu 22 qol vurub. Cari mövsümdə isə Bundesliqada 3 oyunda 3 dəfə fərqlənib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər