"Real" ilk transferini rəsmən açıqladı (QİYMƏT)

"Real" ilk transferini rəsmən açıqladı (QİYMƏT)

"Real" bu yay ilk transferini açıqlayıb. Fanat.Az xəbər verir ki, "Kral Klubu" "Atletiko"dan Teo Hernandesi heyətinə qatıb.

Qardaşı Lukas Hernandeslə birlikdə "Atletiko"da çıxış edən Teo klubunun yeni müqavilə təklifini rədd etmişdi. Avropanın əksər aparıcı klublarının hədəfində olan fransız müdafiəçi üçün "Real" 26 milyon avro ödəyəcək. Bu məbləğ bonuslarla birlikdə 30 milyona qalxa bilər.

Qeyd edək ki, Teo ötən mövsüm icarə əsasında "Alaveş"də çıxış edib. O, meydana çıxdığı 32 matçda 30 qola imza atıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər