"Real" əzəli rəqibinin futbolçusunu transfer etdi- FANATLAR COŞDU

"Real" əzəli rəqibinin futbolçusunu transfer etdi- FANATLAR COŞDU

Madrid “Real”ı ilk transferini reallaşdırıb. Fanat.Az xəbər verir ki, “ağlar” müqaviləylə əzəli rəqibi “Atletiko”ya məxsus Teo Hernandesi rənglərinə bağlayıb.

19 yaşlı müdafiəçinin “Real”a keçməsi “Atletiko” fanatlarını özündən çıxarıb. İndi sosial şəbəkələrdə gündəmi zəbt edən mövzu məhz budu. “Hindular”ın tərəfdarları son mövsümdə icarə əsasında “Alaves”də oynayan gəncin ünvanına təhqirlər yağdırmaqla təsəlli tapır.

Artıq tibbi müayinədən keçən oyunçu “Real”a 30 milyon avroya başa gəlib. O, ildə 3.5 milyon avro qazanacaq.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər