"Real" daha bir braziliyalını rənglərinə bağladı- 6 illik müqavilə

"Real" daha bir braziliyalını rənglərinə bağladı- 6 illik müqavilə

Madrid “Real”ı daha bir futbolçu ilə razılığa gəlib. Fanat.Az İspaniya mətbuata istinadən xəbər verir ki, paytaxt klubu “Qremio”nun yarımmüdafiəçisi Rodriqo Rodrigesin keçidini reallaşdırıb.

 

17 yaşlı Rodriges 18 yaşı tamam olduqdan sonra İspaniyaya köçə biləcək. Bu barədə Braziliya təmsilçisinin prezidenti Genilson da Roşa məlumat verib: “Rodriqo həkim müayinəsindən keçmək üçün hazırda Madriddədi. Hər hansı bir problem çıxmasa, “Real”la 6 illik müqavilə imzalayacaq. Rodriqo ideal hücumameyilli oyunçudu. “Real” kimi komandaya keçdiyini və onun Avropanın böyük turnirlərdəki iştirakını görmək bizim üçün qürurverici olacaq”.

 

Qeyd edək ki, “Real” bir müddət əvvəl “Flamenqo”nun hücumçusu Vinisyus Junioru transfer edib. 17 yaşlı futbolçu 2019-cu ilin yayından La Liqa təmsilçisinin uğurları üçün tər tökəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər