"Real" 18 yaşlı ulduz transfer etdi

"Real" 18 yaşlı ulduz transfer etdi

"Real" heyətinə 18 yaşlı futbolçu qatıb. Fanat.az xəbər verir ki, "Kral Klubu" rapaqvaylı hücumçu Serxio Diazı transfer edib.

Məlumata görə, artıq tərəflər arasında anlaşma əldə olunub. "Real" 18 yaşlı forvarda görə klubu "Serro Porteno"ya 5 milyon avro ödəyəcək. Daha bir milyon avro isə onun qazanacağı uğurlara görə gələcəkdə ödənə bilər. Futbolçu 5 illik müqavilə imzalayacaq və bir müddət "Kral Klubu"nun ikinci komandası olan "Real Kastilla"da forma geyinəcək.

Qeyd edək ki, "Yeni Aquero" adlandırılan futbolçu "Serro Porteno"nun əsas heyətinə 2014-cü ildə yüksəlib. İndiyədək 70 rəsmi oyuna çıxan Serxio Diaz 16 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər