"Real" "Monako"nun ulduzu Kilian Mbappedən vaz keçmir. Fanat.Az xəbər verir ki, klub prezidenti Florentino Perez bu transferin baş tutması üçün israr edir.
İspaniyanın AS qəzeti yazır ki, ingilis klublarından biri Mbappe üçün 110 milyon avro təklif edib. Lakin "Monako" təklifə yox deyərək 150 milyon avro istəyib.
Bu durum Florentino Perezi qayğılandırsa da, transfer üçün büdcə axtarışına başlayıb. Klub rəhbəri yaya qədər maliyyə məsələlərini həll edərək transferi reallaşdırmaq istəyir.
Qeyd edək ki, "Transfermarkt" hazırda 18 yaşlı hücumçuya 10 milyon avro qiymət qoyub. Mbappe cari mövsümdə 32 rəsmi oyuna çıxıb və 19 qol vurub.
Fanat.Az