"Real Sosyedad" 18 il idi ki, bu vəziyyətə düşmürdü

"Real Sosyedad" 18 il idi ki, bu vəziyyətə düşmürdü

İspaniya La Liqasının geridə qalan 9 turunda 7 qol vuran "Real Sosyedad" 2006-cı ildən bəri ən pis göstəricisinə imza atıb.

Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, sözügedən komanda 2006/2007 mövsümündə 9 oyunda rəqiblərini 5 dəfə oyuna mərkəzdən başlamağa məcbur etmişdi.

"Real Sosyedad" həmin mövsümün sonunda Sequndaya düşmüşdü.

Qeyd edək ki, hesabında 9 xal olan "ağ-mavilər" hazırda turnir cədvəlinin 15-ci pilləsində mövqe tutublar.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər