"Real Madrid"in yarımmüdafiəçisi Orelyen Tçuameni Fransa millisinin heyətindən çıxarılıb.
Fanat.Az xəbər verir ki, 24 yaşlı Orelyen zədələndiyi üçün "xoruzlar"ın Millətlər Liqasında İtaliya və Belçikaya qarşı oyunlarını kənardan izləyəcək.
Baş məşqçi Didye Deşam onun əvəzinə milliyə "Latsio”nun futbolçusu Matteo Qenduzini çağırıb.
Qeyd edək ki, Tçuameni cari mövsüm "Kral klubu"nun heyətində 5 matça çıxıb.