"Real Madrid"in sabiq futbolçusu 4-cü liqa klubuna keçdi

"Real Madrid"in sabiq futbolçusu 4-cü liqa klubuna keçdi

"Real Madrid"in sabiq yarımmüdafiəçisi Xose Kalyexon İspaniyanın 4-cü liqa təmsilçisi "Marbelya"ya keçib.

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

37 yaşlı futbolçu müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.

Qeyd edək ki, son mövsümdə "Qranada"nın formasını geyinən Kalyexon La Liqada 25 matça çıxaraq 1 məhsuldar ötürmə müəllifi olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər