"Real Madrid"in qapıçısı İngiltərə nəhənginə keçməyə yaxındır

"Real Madrid"in qapıçısı İngiltərə nəhənginə keçməyə yaxındır

"Real Madrid"in qapıçısı Andrey Lunin karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, ukraynalı qolkiperin xidmətində "Mançester Yunayted" maraqlıdır.

Xəbərə görə, "qırmızı şeytanlar"ın rəhbərliyi və məşqçilər korpusu Luninin komandanın kamerunlu "çərçivə" qoruyucusu Andre Onana ilə əsas heyət uğrunda rəqabət aparacağına və bu məqamın nəticələrə müsbət təsir edəcəyinə inanırlar.

Qeyd edək ki, 26 yaşlı Lunin cari mövsüm "Real" forması ilə 9 matça çıxaraq 12 qol buraxıb. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilin yayınadək nəzərdə tutulub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər