"Real Madrid"in prezidenti Florentino Peres komandanın baş məşqçisi Karlo Ançelotti ilə bağlı qərarını verib.
Fanat.Az xəbər verir ki, məlumatı AS yayıb.
Xəbərə görə, "Kral klubu"nun başqanı italiyalı mütəxəssisin işindən məmnundur və ona uzunmüddətli müqavilə təklif etməyə hazırlaşır.
Qeyd edək ki, Ançelottinin "Real"la indiki anlaşmasının müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.