"Real Madrid"in əfsanəsi "Kral klubu"nda görmək istədiyi oyunçunun adını açıqladı

"Real Madrid"in əfsanəsi "Kral klubu"nda görmək istədiyi oyunçunun adını açıqladı

"Real Madrid"in əfsanələrindən olan Quti hansı futbolçunu "Kral klubu"nda görmək istədiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Marca" onun sözlərini belə çatdırıb:

"Mən Erlin Holandı transfer edərdim. Ümid edirəm ki, o, "Real"ın prezidenti Florentino Peresin növbəti hədəfi olacaq".

Qeyd edək ki, Holand 2022-ci ildən "Mançester Siti"də çıxış edir. Norveçli forvard "şəhərlilər"in forması ilə çıxdığı 103 oyunda 99 qol vurub. Ulduz hücumçunun İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Erlinqin transfer qiymətini 180 milyon avro ilə dəyərləndirir.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər