"Real Madrid"i üstələmək şansımız 1 faizdir" - Xosep Qvardiola

"Real Madrid"i üstələmək şansımız 1 faizdir" - Xosep Qvardiola

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda öz meydanında "Real Madrid"ə 2:3 hesabı ilə uduzan "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola cavab qarşılaşması ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "The Independent" belə çatdırıb:

"Vəziyyəti nəzərə alsaq, 1/8 finala çıxmaq ehtimalımız çox deyil. Belə deyim, hazırda "Real Madrid"i üstələmək şansımız 1 fazidir. Amma hələ şansımız varsa, cəhd edəcəyik. Dəqiq olan budur".

Qeyd edək ki, tərəflərin Madriddəki qarşılaşması sabah keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər