"Real Madrid"dən unikal nəticə - Tarixə bunu bacaran ilk komanda kimi düşdü

"Real Madrid"dən unikal nəticə - Tarixə bunu bacaran ilk komanda kimi düşdü

"Real Madrid" UEFA Çempionlar Liqası tarixində 300 qələbə qazanan ilk komanda olub. 

Fanat.Az xəbər verir ki, bu barədə "Kral klubu" rəsmi saytında məlumat yayıb.

Məlumata görə, İspaniya nəhəngi buna 498 matçda reallaşdırıb.

Karlo Ançelottinin yetirmələri "Mançester Siti" ilə matçda (3:2) bu həddi keçib. 

Qitənin ən nüfuzlu klub turnirindəki qələbələrin sayına görə, ispanlar ikinci yerdə olan komandanı böyük fərqlə qabaqlayır – “Bayern Münhen” 241 dəfə qalib gəlib. “Barselona” bu reytinqdə üçüncüdür (209).

Real Madrid (İspaniya) – 300 qələbə Bayern Münhen (Almaniya) – 241 Barselona (İspaniya) – 209 Mançester Yunayted (İngiltərə) – 161 Yuventus (İtaliya) – 157

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər