"Real Madrid" Toni Kroosu başqa almanla əvəzləyir

"Real Madrid" Toni Kroosu başqa almanla əvəzləyir

İspaniyanın "Real Madrid" klubu Almaniyanın "Bayern Münhen" klubunun yarımmüdafiəçisi Yozua Kimmixlə maraqlanır. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Fichajes" yayıb.

Mənbənin məlumatına görə, "Kral klubu" 29 yaşlı Kimmixi karyerasını başa vuran Toni Kroosun əvəzləyicisi kimi nəzərdən keçirir. "Bayern" yarımmüdafiəçi üçün 40-50 milyon avro almaq istəyir.

Yozua Kimmix "Bayern"in heyətində 2023/24 mövsümündə 43 oyun keçirib, 2 qol vurub və 10 məhsuldar ötürmə edib.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər