"Real Madrid" Mbappe ilə münasibətləri rəsmiləşdirdi - DETALLAR

"Real Madrid" Mbappe ilə münasibətləri rəsmiləşdirdi - DETALLAR

Fransalı ulduz hücumçu Kilian Mbappe "Real Madrid"lə müqavilə imzalayıb. 

Fanat.Az xəbər verir ki, bu barədə "Kral klubu" rəsmi açıqlama yayıb. 

Müqavilənin müddəti beş illikdir. Futbolçunun sərbəstqalma məbləği bir milyard avro göstərilib. Fransız futbolçu Madrid nəhəngində 30 milyon avro maaş alacaq. Ona 9 nömrəli forma verilib. 

25 yaşlı forvard "Real"a azad agent kimi keçib. Futbolçunun əvvəlki iş yeri Fransanın PSJ klubu olub. Kilian 2017-ci ildən Paris komandasının şərəfini qoruyurdu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər