"Real Madrid" futbolçusu ilə yollarını ayırdığını açıqladı

"Real Madrid" futbolçusu ilə yollarını ayırdığını açıqladı

"Real Madrid" yarımmüdafiəçisi Mario Martini icarəyə göndərib. 

Fanat.Az xəbər verir ki, bu barədə "kral klubu"nun mətbuat xidməti məlumat yayıb. 

20 yaşlı futbolçunun yeni iş yeri "Valyadolid" olacaq. Tərəflər arasında gələn ilin ortalarına qədər qüvvədə olacaq icarə müqaviləsi imzalanıb. 

Martin "Real"ın futbol akademiyasının yetirməsidir. Yarımmüdafiəçi 2021-ci ildən “Real Kastilya”da çıxış edir və keçən il “Real Madrid”in əsas komandasının dörd oyununda iştirak edib. 

Əlavə edək ki, yeni İspaniya çempionatının açılış turunda "Valyadolid" "Espanyol" üzərində 1:0 hesablı minimal hesablı qələbəni bayram edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər