"Real Madrid" də ən yaxşı elan edildi, Ançelotti də

"Real Madrid" də ən yaxşı elan edildi, Ançelotti də

"Globe Soccer Awards"ın versiyasına görə 2024-cü ilin ən yaxşı baş məşqçisi və klubu bəlli olub.

Fanat.Az xəbər verir ki, "Real Madrid" və baş məşqçisi Karlo Ançelotti dünyanın ən yaxşısı adına layiq görülüb.

İspaniya nəhəngi bu il UEFA Çempionlar Liqası, La Liqa, İspaniya Superkuboku və UEFA Super Kubokunun qalibi olub.

Madridlilərin baş məşqçisi "Globe Soccer Awards" mükafatında Xabi Alonso ("Bayer Leverkuzen"), Mikel Arteta ("Arsenal"), Luis de la Fuente (İspaniya millisi), Can Piero Qasperini ("Atalanta"), Pep Qvardiola ("Mançester Siti") və Simone İnzagini (“İnter”) qabaqlayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər