"Real Madrid" bu oyunçusunu satır - Yeni müştəri də bəllidir

"Real Madrid" bu oyunçusunu satır - Yeni müştəri də bəllidir

"Real Madrid" yay transfer pəncərəsində bir qədər pul qazanmaq niyyətindədir. 

Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano müdafiəçi Rafa Marinin "Kral klubu"nu tərk edəcəyi barədə məlumat yayıb. 

Mənbənin məlumatına görə, futbolçu karyerasını İtaliya çempionatında davam etdirəcək. Futbolçu Antonio Kontenin rəhbərlik etdiyi "Napoli" ilə müqavilə imzalayacaq. Paytaxt nəhəngi müdafiəçinin satışından təxminən 10 milyon avro qazanacaq. 

Marin ötən mövsüm "Alaves"də icarə əsasında çıxış edib. Rafa 35 matçda iştirak edib. "Transfermarkt" müdafiəçinin dəyərini 7,5 milyon avro qiymətləndirir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər