"Real Madrid" Asensio ilə müqavilə bağlayacaq

"Real Madrid" Asensio ilə müqavilə bağlayacaq

"Real Madrid" klubu müdafiəçisi Raul Asensionun oyunundan məmnundur. 

Fanat.Az xəbər verir ki, "Kral klubu"nun rəhbərliyi yetirməsinə maaşını artırmaqla yeni müqavilə təklif etməyi planlaşdırır. 

Məlumatı tanınmış insayder Fabritsio Romano yayıb. 

"Real Madrid" Asensio ilə müqavilə bağlayacaq

21 yaşlı ispan futbolçu bu mövsüm İspaniya çempionatında "Real Madrid"in heyətində üç oyuna çıxıb və bir məhsuldar ötürmə edib. 

Asensionun klubla hazırkı müqaviləsinin müddəti gələn mövsümün sonunda başa çatacaq. "Transfermarkt" onun transfer dəyərini cəmi 300 min avro qiymətləndirir. 

Ançelottinin komandası noyabrın 4-də səfərdə "Atletik Bilbao" ilə qarşılaşacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər