Joze Mourinyo "Çelsi"dən ayrıldıqdan sonra ilk dəfə danışıb. Fanat.az xəbər verir ki, portuqaliyalı mütəxəssis maraqlı açıqlamalar verib.
Mourinyo bildirib ki, "Çelsi"dən ayrıldıqdan sonra həat yoldaşı ilə birlikdə Londonda qalmağa qərar veriblər: "Uşaqlarım kiçik olanda burdan ora köçə bilirdik. Ölkədən ölkəyə getmək fərqli macəra və təcrübə olurdu. Fərqli klublar, fərqli futbollar... Amma indi olducuğumuz yerdə qalmalıyıq. Bir uşağım 19, digəri 16 yaşındadı. Biri universitetdə oxuyur, digəri futbolla məşğuldu. Hazırda ailəmin İngiltərədə qalması vacibdi".
Portuqaliyalı mütəxəssis futbolla bağlı planlarını açıqlayıb: "Hələlik Londonda qalmağa qərar vermişik. Mənim bir işim yoxdu. Futbola yenidən harda dönəcəyimi bilmirəm. Məsələ futboldusa, əsla gələcəyi görə bilməzsiniz. Ancaq bir şey dəqiqdi ki, evimiz Londondadı".
"Məşqçi kimi 2000-ci ildən çalışıram. "Çelsi"dən 2007-ci ildə ayrıldığımda dayanman ehtiyacı hiss etmişdim. Bu həyatımda ikinci dəfə oldu. Birincisi olanda 15 ya da 16 yaşım var idi. Yəni bu bir dram deyil. Peşəkar olaraq yeni bir işə hazıram. Qısa müddətdə geri dönəcəm" deyə Mourinyo bildirib.
"Portu", "Çelsi", "İnter" və "Real" kimi klublarda böyük uğurlara imza atmış 53 yaşlı mütəxəssis İspaniyadakı karyerası barədə də danışıb: "Hər zaman deyirəm ki, mənim rəqabətə ehtiyacım var. İspaniyada super bir komanda var idi, amma ildə cəmi 4 matç keçirirdik. "Real" "Barselona"ya qarşı, "Barselona" "Real"a qarşı... Biz həmin oyunların bəzisini qazandıq. İki canavar bir aradadı və oyunları udmaq asandı. Amma liqanın qalibi olmaq çətindi. Çünki yenə sizinlə birlikdə daim qazanan bir rəqiblə mübarizə aparırsınız. İspaniyada çempionluq üçün 100 xal lazımdı, 91 xal bəs etmir. İngiltərədə isə 75 və ya daha az xalla çempion olmaq mümkündü. Bu da rəqabətlə bağlıdı".
Fanat.az