"Qalatasaray"ın futbolçusu Almaniya klubuna keçir

"Qalatasaray"ın futbolçusu Almaniya klubuna keçir
"Qalatasaray"la müqaviləsi başa çatdığı üçün Türkiyə təmsilçisindən ayrılan Hamit Altıntopun yeni iş yeri bəlli olmaq üzrədi.
Fanat.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi karyerasını Almaniyada davam etdirə bilər. Onun xidmətindən iki klub maraqlıdı ki, bunlardan biri də Bundesliqa təmsilçisi "Auqsburq"du. Hazırda tərəflər arasında danışıqlar getdiyi qeyd olunur.
Xatırladaq ki, zədə səbəbi ilə Altıntop ötən mövsüm "Qalatasaray"ın heyətində meydana çıxmamışdı.
Famat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər