"Qalatasaray"ın bu yay transferə xərclədiyi məbləğ müəyyənləşib. Fanat.Az xəbər verir ki, İstanbul klubu 10 futbolçunun alınmasına 39 milyon 550 milyon avro (80 milyon 769 min AZN) sərf edib.
"Qalatasaray" bu yay heyətinə 10 futbolçu qatıb. Onlardan 8-i üçün transfer haqqı ödəyib. Biri icarəyə götürülüb, biri üçün isə transfer haqqı ödənilməyib.
"Cim-Bom" ən böyük məbləği Mərakeş millisinin üzvü Yunes Belhanda üçün ödənilib. "Qalatasaray" bu futbolçu üçün Kiyev "Dinamo"suna 8 milyon avro verib. "Osmanlıspor"dan Badou Ndiaye 7.5, "San Paulo"dan Maykon 7 milyon avoya alınıb.
1. Yunes Belhanda (Dinamo, Ukrayna) - 8 milyon avro
2. Badou Ndiaye (Osmanlıspor, Türkiyə) - 7 milyon 500 min avro
3. Maykon (San Paulo, Braziliya) - 7 milyon avro
4. Fernando (Mançester Siti, İngiltərə) - 5 milyon 250 min avro
5. Sofiane Fequli (Vest Hem, İngiltərə) - 4 milyon 250 min avro
6. Mariano (Sevilya, İspaniya) - 4 milyon avro
7. Bafetimbi Qomis (Suonsi, İngiltərə) - 2 milyon 500 avro
8. Yasmin Latovleviç (Karabükspor, Türkiyə) - 550 min avro
9. Canson Denayer (Mançester Siti, İngiltərə) - 500 min avro (icarə)
10. Sedrik Karrasko (Bordo) - transfer haqqı ödənməyib
Fanat.Az