"Qalatasaray"dan super transfer - dünya ulduzu...

"Qalatasaray"dan super transfer - dünya ulduzu...

Cari mövsüm uğursuz çıxış edən və azarkeşlərini küsdürən "Qalatasaray" rəhbərliyi dünya səviyyəli ulduz transfer etmək istəyir. Fanat.az xəbər verir ki, azarkeşlərlə barışmaq niyyətində olan klub rəhbərliyi Radamel Falkaonu hədəfə alıb.

"Monako"nun "Çelsi"yə icarəyə verdiyi kolumbiyalı ulduz İngiltərədə istənilən oyunu sərgiləy bilmir. İddiaya görə, Falkao meneceri Xorxe Mendesə Premyer Liqadan kənarda klub tapmağı tapşırıb. Portuqaliyalı menecer isə onu "Qalatasaray", "Zenit" və "River Pleyt"ə təklif edib.

Azarkeşlərlə münasibətlərini ulduz futbolçu transfer etməklə düzəltmək istəyən "Qalatasaray" Falkaonun keçidinə müsbət yanaşır. Hətta klub rəhbərliyi danışıqlar aparmaq üçün Mendeslə görüşmək istədiyini bildirib. Tərəflərin yaxın günlərdə danışıqlar masasına əyləşməsi gözlənilir.

Qeyd edək ki, Falkao 2009-cu ildə "River Pleyt"dən "Portu"ya 5.43, 2011-ci ildə "Atletiko"ya 40, 2013-cü ildə "Monako"ya 43 milyon avroya transfer olunub. Fransa klubu onu ötən il 7.6 milyon avroya "Mançester Yunayted"ə, bu mövsüm 7 milyon avroya "Çelsi"yə icarəyə verib. Kolumbiyalı ulduz cəmi 12 rəsmi oyuna çıxıb və 1 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər