Uğursuz çıxışını davam etdirən "Qalatasaray" rəhbərliyi dünya futbol tarixində görünməmiş addım atıb. Fanat.Az xəbər verir ki, klub prezidenti Dursun Özbekin istəyi ilə 100 nəfərlik transfer siyahısı hazırlanıb.
"Şampiy10"un iddiasına görə, siyahının böyük əksəriyyəti gənc və istedadlı futbolçulardı. Məqsəd mübariz və uğura köklənmiş komanda formalaşdıraraq, yaxın gələcəkdə böyük uğurlara imza atmaqdı.
Artıq komandanın futbol direktoru Cenk Ergün bu yöndə fəaliyyətə başlayıb. O, danışıqlar aparmaq üçün İspaniyaya yollanıb. Bundan əvvəl isə Cenk Ergün Seneqala səfər etmişdi.
"Qalatasaray"ın skautları da bu yöndə fəaliyyətə başlayıb. Hazırda həmin futbolçuların klubları ilə danışıqlar gedir.
Fanat.Az