"Bursaspor"dan Serdar Azizin transferini rəsmiləşdirən "Qalatasaray" heyətinə daha bir futbolçu qatıb. Fanat.az "NTV Spor"a istinadən xəbər verir ki, Serdarla 4 illik müqavilə imzalayan "Cim-Bom" Hüqo Rodalleqa ilə anlaşıb.
"Qalatasaray" "Akhisar Bələdiyyəspor"da oynayan futbolçu ilə 2+1 illik anlaşma əldə edib. Bu transferə görə "Qalatasaray" qarşı tərəfə 1,8 milyon avro ödəyəcək.
Qeyd edək ki, "Akhisar Bələdiyyəspor"un ötən il "Fulhem"dən transfer etdiyi Hüqo Rodalleqaya "Transfermarkt" 3,6 milyon avro qiymət qoyub. Ötən mövsüm 37 rəsmi oyuna çıxan 30 yaşlı kolumbiyalı hücumçu 21 qol vurub.
Fanat.az