Bafetimbi Qomis, Yunes Belhanda və Maykonla müqavilə bağlayan "Qalatasaray" daha bir ulduz futbolçunu heyətinə qatmaq istəyir. Fanat.Az xəbər verir ki, İstanbul klubu "Milan"la yollarını ayıran Keysuke Hondanı heyətinə qatmaq istəyir.
"Qalatasaray" yapon futbolçuya 2 illik müqavilə təklif edib. 31 yaşlı forvard təklifi qəbul etsə, ildə 2 milyon avro qazana bilər.
Keysuke Hondanın ulduzu Moskva ÇSKA-sından parlayıb. 2009-2014-cü illərdə Rusiyada çıxış edən yapon futbolçu 2014-də 6 milyon avroya "Milan"a transfer olunub. Ötən mövsümə qədər komandanın əsas simalarından biri olan Honda 2016/17 mövsümündə heyətə düşməkdə çətinlik çəkib. Bunun nəticəsidi ki, cəmi 8 rəsmi oyunda forma geyinib, bunun ikisində start şeyətində yer alıb və 226 dəqiqə oynayaraq 1 qol vurub.
2013-cü ildə transfer qiyməti 20 milyon avroya yüksələn Honda Yaponiya millisində keçirdiyi 90 oyunda 36 qol vurub.
Fanat.Az