"Qalatasaray" növbəti transferini açıqlayıb. Fanat.az xəbər verir ki, İstanbul klubu "Herta"nın türk əsilli üzvü Tolqa Ciğercini şeyətinə qatıb.
Bununla bağlı klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 24 yaşlı yarımmüdafiəçi üün "Herta"ya 3 milyon avro ödənəcək.
"Qalatasaray" yeni transferinin maaşını da açıqlayıb. Tolqa müqaviləsinin qüvvədə olduğu 3 ilin hər birində 2 milyon manat maaş alacaq.
Bundan başqa 24 yaşlı yarımmüdafiəçi əlavə mükafatlar da alacaq. Belə ki, ona komandanın Super Liqa və Avropa Liqasında qazandığı hər bir xal üçün 5 min avro veriləcək. Bu mükafatlar futbolçunun ilk "11-lik"də oynadığı matçlar üçün 100, sonradan meydana çıxdığı oyunlar üçün 50, "18-lik"də yer aldığı görüşlər üçün 25 faiz nəzərdə tutulub.
Bundan başqa futbolçu komanda Türkiyə çempionu olacağı halda qazandığı mükafatın 20 faizi qədər əlavə bonus alacaq. Həmçinin o, 2017/18 mövsümünün sonunda 8 milyon avro ödəməklə müqaviləsini təktərəfli qaydada poza bilər.
Beləliklə, Tolqa Ciğercinin transferi mükafatlar nəzərə alınmadan 9 milyon avroya başa gəlib.
Qeyd edək ki, "Herta" Tolqa Ciğercini 2014-cü ildə "Volfsburq"dan 1,5 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 2,5 milyon avro qiymət qoyub.
Fanat.az