"Qalatasaray"dan 3-cü rəsmi transfer - 15,8 milyon

"Qalatasaray"dan 3-cü rəsmi transfer - 15,8 milyon

“Qalatasaray” 3-cü transferini reallaşdırıb. Fanat.Az xəbər verir ki, İstanbul klubu hücumçu Bafetimbi Qomis və yarımmüdafiəçi Yunes Belhandanın ardınca müdafiəçi Maykonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Maykon Pereyra Roquenin transferinə görə Braziliyanın "San Paulo" klubuna 7 milyon avro ödəniləcək. Həmçinin İstanbul klubu braziliyalılara 1 milyon avro bonus ödəyə bilər. Belə ki, "sarı-qırmızılılar" 2018/19 - 2021/22 mövsümləri aralığında Çempionlar Liqası və Avropa Liqasında qrup mərhələsinə qatılacağı hər mövsümə görə "San Paulo" 250 min avro olacaq. Braziliya klubu həmçinin Maykonun forma geyinəcəyi hər 25 rəsmi oyuna (Super Liqa və avrokubok matçları) 250, 50-ci oyuna görə 250 min avro qazanacaq.

"Qalatasaray" 4 illik müqavilə imzaladığı Maykonun maaşını da açıqlayıb. 28 yaşlı müdafiəçi hər mövsümə görə, 2 milyon 200 min avro maaş alacaq. O, həmçinin oynadığı Super Liqa və avrokubok oyunlarında qazanılan hər xala görə 4 min avro mükafat alacaq.

Beləliklə, bu transfer klub və futbolçuya ödəniləcək bonuslar nəzərə alınmamaqla "Qalatasaray"a 15 milyon 800 min avroya başa gələcək.

Qeyd edək ki, "San Paulo" Maykonu 2016-cı ildə "Portu"dan 12 milyon avroya almışdı.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər