"Qalatasaray" ikinci transferini açıqlayıb. Fanat.Az xəbər verir ki, İstanbul klubu Batefimbi Qomisdən sonra Yunes Belhanda ilə müqavilə imzalayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, mərakeşli futbolçunun transferinə görə Kiyev "Dinamo"suna 8 milyon avro ödənilib. Müqavilədə bonuslarla bağlı xüsusi müddəa var. Belə ki, "Qalatasaray" 2018/19 - 2021/22 mövsümləri ərzində "Dinamo"ya maksimum 2 milyon avro bonus ödəyə bilər. Komanda bu müddətdə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandığı hər mövsüm üçün 500, Avropa Liqasında eyni uğura görə 250 min avro verməli olacaq.
27 yaşlı yarımmüdaəçi ilə 4 illik müqavilə imzalayan "Qalatasaray" onun maaşını da açıqlayıb. Anlaşmaya əsasən, Yunes Belhanda hər mövsüm 3 milyon 350 min avro maaş alacaq. Ona həmçinin Super Liqa və avrokuboklarda oynadığı oyunlarda qazanılacaq hər xala görə 5 min avro mükafat veriləcək. "Qalatasaray" yarımmüdafiəçiyə oyundağı matçlarda qazanılacaq hər 25 xaldan sonra 100 min avro mükafat ödəniləcək.
"Dinamo" və futbolçuya veriləcək bonusları nəzərə almasaq, Yunes Belhanda ödəniləcək transfer haqqı və maaşlarla birlikdə "Qalatasaray"a 21 milyon 400 min avroya başa gələcək.
Qeyd edək ki, "Dinamo" Yunes Belhandanı 2013-cü ildə "Monpelye"dən 8,5 milyon avroya transfer edib.
Fanat.Az