"Qalatasaray"dan 15 milyon avroluq transfer (RƏSMİ)

"Qalatasaray"dan 15 milyon avroluq transfer (RƏSMİ)

"Qalatasaray" ilk transferini rəsmən açıqlayıb. Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul klubu Batefimbi Qomislə 3 illik müqavilə imzalayıb.

Bu transferə görə, Qomisin klubu "Sounsi"yə 2 milyon 500 min avro ödənilib. Futbolçu özü illik 3 milyon 350 min avro maaş alacaq. "Qalatasaray" həmçinin ona 2 milyon 500 min avro imza haqqı ödəyəcək.

Qomisin qazancı arta bilər. Belə ki, komanda çempion olsa, futbolçu 200 min avro mükafat veriləcək. Həmçinin ona Super Liqa və avrokuboklarda qazanılacaq hər xala görə 5 min avro matçbaşı ödəniləcək.

Bonusları və matçbaşını nəzərə almasaq, bu hücumçunun transferi "Qalatasaray"a 15 milyon 50 min avroya başa gəlib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər