"Qalatasaray" transferin son günündə 2 "bomba partlatdı" - FOTO

"Qalatasaray" transferin son günündə 2 "bomba partlatdı" - FOTO

"Qalatasaray" transferin son günündə iki futbolçunun keçidini rəsmiləşdirib. Fanat.Az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, klub Nigel de Yonq və Kolbeinn Siqtorssonla müqavilə imzalayıb. De Yonqla 2 illik müqavilə bağlanılıb, Siqtorsson bir illik müqavilə imzalanıb.

"Qalatasaray" hər iki futbolçunun maaşını açıqlayıb. Nigel de Yonqun transferi üçün klubu "Los Anceles Qalaksi"yə pul ödənməyib. Futbolçu hər mövsüm 2,5 milyon avro maaş alacaq. Klub futbolçuya ilik "11-lik"də və ya sonradan meydana girməklə 25 matç oynayacağı halda 250 min avro mükafat verəcək. Bundan başqa ona komandanın oynayacağı Super Liqa və avrokubok matçlarında qazandığı hər xala görə 5 min avro mükafat veriləcək. Mükafat futbolçu ilk "11-lik"də oynayacı halda 100, sonradan meydana çıxacağı halda 50, "18-lik"də yer alacağı halda 25 faiz ödəniləcək. Həmçinin o, komanda Türkiyə çempionu olacağı halda mövsüm ərzində qazandığı bonusun əlavə 25 faizini də alacaq.

"Qalatasaray" transferin son günündə 2 "bomba partlatdı" - FOTO

Kolbeinn Siqtorsson üçün isə "Nant"a 700 min avro icarə haqqı ödənəcək. "Qalatasaray" gələn ilin 30 aprelinədək 3,8 milyon avro ödəməklə onun transfer haqqını ala bilər. Futbolçunun özünə gəlincə, o, 2016/17 mövsümündə 1,215 min avro maaş alacaq. Bundan başqa ona komandanın oynayacağı Super Liqa matçlarında qazandığı hər xala görə 4 min avro mükafat veriləcək. Mükafat futbolçu ilk "11-lik"də oynayacı halda 100, sonradan meydana çıxacağı halda 50, "18-lik"də yer alacağı halda 25 faiz ödəniləcək. 

"Qalatasaray" transferin son günündə 2 "bomba partlatdı" - FOTO

Qeyd edək ki, Nigel de Yonq karyerasına "Ayaks"da başlayıb. Holland yarımmüdafiəçi 2006-cı ildə 1,5 milyon avroya "Hamburq"a transfer olunub. Alman klubu 3 il sonra onu 18 milyon avro qarşılığında "Mançester Siti"yə satıb. 31 yaşlı futbolçu 2012-ci ildə 3,5 milyon avro qarşılığında "Milan"a keçib. O, karyerası ərzində Hollandiya çempionluğunu, Super Kubokunu, İngiltərə çempionluğunu, Federasiya Kubokunu və ölkə Super Kubokunu qazanıb, Hollandiya millisi ilə "DÇ-2010"da gümüş, "DÇ-2014"də bürünc medala sahib çıxıb.

Kolbeinn Siqtorsson peşəkar karyerasına Hollandiyanın "Alkmaar" klubunda başlayıb. 2011-ci ildə 4 milyon avro qarşılığında "Ayaks"a transfer olunan hücumçu bu komandada 4 mövsüm forma geyinib (107 oyun, 35 qol). 2015-ci ildə 3,8 milyona "Nant"a keçən futbolçu Fransa klubunun heyətində indiyədək 31 oyun keçirib və 4 qol vurub.  Kolbeinn Siqtorsson karyerası ərzində 4 kubok qazanıb. 2012, 2013 və 2014-cü illərdə "Ayaks"la Hollandiya çempionu olan futbolçu 2013-də Super Kuboka da sahib çıxıb. 26 yaşlı hücumçu 2010-cu ildən İslandiya millisinə çağırılır. Bu müddətdə 44 oyun keçirib və 22 qol vurub. O, komandanın heyətində "AVRO-2014"ün iştirakçısı olub. Turnirdə 5 oyuna çıxan futbolçu 2 qola imza atıb. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər