"Qalatasaray" transferə başladı: milli üzvü...

"Qalatasaray" transferə başladı: milli üzvü...

"Qalatasaray" qış transfer dönəminin hazırlıqlarına indidən başlayıb. Fanat.Az xəbər verir ki, yayda heytinə 10 legioner qatan və yerli futbolçu almayan "sarı-qırmızılar" qışda üstünlüyü yerli futbolçulara verəcək.

Diqqəti Almaniyada oynayan türk futbolçulara yönəldən "Qalatasaray"ın transfer siyahısına Kaan Ayhan başçılıq edir. II Bundesliqa klubu "Fortuna"da oynayan 22 yaşlı futbolçu həm stoper mövqeyində, həm də müdafiə və yarımmüdafiənin sağ cinahında oynaya bilir. 

"Qalatasaray" həmçinin "Ştutqart"dan 19 yaşlı yarımmüdafiəçi Berkay Özcanı, "Herta"dan 18 yaşlı hücumçu Muhammed Kipriti və "Hannover"in 19 yaşlı hücumçusu Mete Demiri hədəfə alıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər