"Qalatasaray" yayın ilk transferini reallaşdırmağa yaxındı. Fanat.az xəbər verir ki, İstanbul klubu "Şalke 04"lə müqaviləsi başa çatan Roman Neustadterlə anlaşıb.
Rusiya prezidenti Vladimir Putinin vətəndaşlıq verdiyi və yığmada oynamaq hüququ qazanan alman futbolçunun xidmətində "Zenit" də maraqlıdı. Hətta Sankt Peterburq klubu ona illik 2,8 milyon avro maaş təklif etmişdi. Amma 28 yaşlı futbolçu karyerasına görə "Qalatasaray"ı seçib. Buna görə o, hətta daha az maaşa - illik 2,4 milyona razılıq verib.
Qeyd edə ki, Roman Neustadterə "Transfermarkt" 7 milyon avro qiymət qoyub. Müdafiəçi başa çatan mövsümdə 38 rəsmi oyuna çıxıb.
Fanat.az