"Qalatasaray" transfer bombalarını partladır: kimlər gəlir?

"Qalatasaray" transfer bombalarını partladır: kimlər gəlir?

"Qalatasaray" prezidenti Dursun Özbək "Qalatasaray" təyyarələri bu həftə enməyə başlayacaq" açıqlamasını verşdi. Fanat.Az xəbər verir ki, yerli mətbuat "sarı-qırmızılılar"ın bir neçə gün ərzində yeni transferlərini açıqlayacağını yazıb.

Bildirilir ki, əvvəlcə Bafetimbi Qomis (Suonsi), Yunes Belhanda (Dinamo Kiyev) və Maykon (San Paulo) İstanbula gələrək müqavilə imzalayacaq. Onların transferi ilə bağlı bütün məsələlər artıq razılaşdırılıb.

"Qalatasaray"ın tarsfer gündəmində olan Qael Klişinin də transferi yekunlaşmaq üzrədi. "Mançester Siti"dən ayrılan və klubsuz olan sol cinah müdafiəçisi ilə böyük ölçüdə razılıq əldə olunub. Klub rəhbərliyi hazırda Kenni Tete üçün "İnter"lə, Cilbert İmbula üçün "Stok Siti" ilə danışıqları davam etdirir. Bu transferlərin də reallaşmaq şansı böyükdü.

Yalnız Vlad Çiriçesin transferində problemlər var. Belə ki, "Napoli"nin baş məşqçisi Maurizio Sarri 27 yaşlı stoperin komandada qalmasını istəyir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər