"Qalatasaray" rəhbərliyi yeni mövsüm üçün iddialı heyət qurmaq məqsədi ilə çalışmalara başlayıb. Fanat.Az xəbər verir ki, klub prezidenti Dursun Özbək azarkeşlərlə barışmaq üçün bir dünya ulduzu transfer etmək istəyir.
Həmin futbolçunun "Real"ın ulduzu Pepe olduğu bildirilir. Portuqaliyalı stoperi gətirməkdə məqsəd onun həm komandaya kapitanlıq etməsinə nail olmaq, həm də azarkeşlərlə barışmaqdı.
34 yaşlı futbolçunun şərtlərini öyrənmək məqsədi ilə klubun futbol direktoru Cenk Ergün ispaniyaya yollanıb. "Real"la müqaviləsi mövsümün sonunda bitəcək Pepe ildə 5 milyon avro maaş alır. "Qalatasaray" bu məbləği mümkün qədər aşağı salmağa çalışır.
Pepe mövsümün əvvəlində Çindən astronomik məbləğdə təklif alsa da, karyerasını Avropada davam etdirmək niyyətində olduğunu demişdi. Portuqaliyalı ulduzun bu qərarının "Qalatasaray" üçün üstünlük olduğu deyilir.
Pepe 2007-ci ildə "Portu"dan "Real"a 30 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 5 milyon avro qiymət qoyub.
Fanat.Az