"Qadınlara futbolda yer yoxdu"

"Qadınlara futbolda yer yoxdu"
Cennaro Qattuzo qadınları əsəbiləşdirəcək açıqlama verib. Fanat.az xəbər verir ki, bir müddət əvvəl "Palermo"nun baş məşqçi postundan ayrılan veteran futbolçu qadınlara futbolda yer olmadığını bildirib.
Qattuzo sabiq klubu "Milan"da baş verənlərdən narazıdı. Vitse-prezident Adriano Qallianinin Silvio Berluskoninin qızı Barbara Berluskoni ilə səlahiyyətlərini paylaşmasından sonra İtaliyanın "Radio Radio" proqramına qoşulan "Milan"ın sabiq üzvü "Adriano Qalliani kimi birinə daha çox hörmət edilməlidi. Mən qadınların futbolda hər hansı bir yerinin olduğuna inanmıram. Buna söyləmək mənim üçün çətin olsa da, gerçəklikdi" deyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər