"Poqba yaxşı futbolçu olub, amma..." - "Yuventus" rəsmisi Polun gedəcəyini təsdiqlədi

"Poqba yaxşı futbolçu olub, amma..." - "Yuventus" rəsmisi Polun gedəcəyini təsdiqlədi

Yuventus"un texniki direktoru Kristiano Cuntoli dopinq testi müsbət nəticələndiyi üçün aldığı 4 illik diskvalifikasiya cəzası CAS tərəfindən 1,5 ilə endirilən Pol Poqbanın komandanı tərk edəcəyini təsdiqləyib.

Fanat.Az xəbər verir ki, onun sozlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Poqba əla oyunçu olub, amma indi bizim başqa planlarımız var. Müxtəlif oyunçulara investisiya qoymuşuq və heyətimiz komplektləşib".

Qeyd edək ki, Turin təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan Poqba gələn ilin martından rəsmi matçlara çıxa biləcək. Onun "Yuventus"dan azad agent qismində ayrılacağı bildirilir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər