"Çox məyusam" - De Yonqu "Barselona"da nə qane etmir?

"Çox məyusam" - De Yonqu "Barselona"da nə qane etmir?

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq 2019-cu ildə Kataloniya təmsilçisi ilə müqavilə bağlayarkən qurduğu xəyalların reallaşmadığını açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Voetbal International" niderlandlı futbolçunun sözlərini belə çatdırıb:

"Etiraf edim ki, "Barselona" ilə müqavilə bağlayanda bir dəfə La Liqanın, bir dəfə İspaniya Kubokunun, bir dəfə də İspaniya Superkubokunun qalibi olmaqla kifayətlənəcəyimi düşünmürdüm. Ən azı bundan iki dəfə çox mükafat qazanacağımı güman edirdim. Qısası, çox məyusam. Hərçən elə şeylər var ki, onların necə olacağını öncədən bilmək olmur".

De Yonqun "Barselona" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 45 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər