"Onu transfer etmək ehtimalımız azdı" - Qurban Qurbanov

"Onu transfer etmək ehtimalımız azdı" - Qurban Qurbanov

“Çempionatın son matçı olsa da, diqqətli oynadıq. Maraqlı görüş alındı. “Neftçi”də bu il alınmadı. Onlara uğur arzulayıram. Həm oyundan, həm nəticədən razı qaldım”. Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Azərbaycan Premyer Liqasının son turunda “Neftçi” ilə qarşılaşan “Qarabağ” 2:1 hesablı qələbəyə sevinib. Çempionluğu erkən təmin etmiş ağdamlıların çalışdırıcısı komandanın yay planlarından danışıb.

 

- Toplanışa ne vaxt başlayacaqsız?

- İyunun 1-də yığışacağıq Bakıda. Burda hazırlıq keçənden sonra Avstriyaya yollanacağıq. Hələ konkret gün təyin edilməyib.

 

- Start heyətiniz təəccüblü oldu. Əsas oyunçulara şans verdiniz...

- Mən əvvəldən də demişdim ki, son oyunlarda da əsas heyətə şans verəcəm. Zədəyə görə narahat deyildim.

 

- Rəşad Sadıqovun əvəzlənməsi nə ilə bağlı idi?

- Zədə almayıb. Sadəcə yorğunluq var idi. Ona görə əvəzlədim.

 

- Kubok öncəsi psixoloji üstünlük sizdədimi?

- Kubok tam fərqlidi. Buna görə də deməzdim ki, psixoloji üstünlük bizdədi.

 

- Toplanış zamanı neçə yoxlama oyunu keçirməyi düşünürsüz?

- Minimum 4 oyun. Avstriyada yaxşı komandalar olur. Beş görüş keçirsək, daha yaxşı olar.

 

- Abbas Hüseynov ve Təmkin Xəlilzadəni transfer etdiyiniz deyilir...

- Abbasla maraqlanmışıq. Yaxın günlərdə açıqlanar. Amma Təmkinlə yox. Onu transfer etmək ehtimalımız azdı. (Apasport.az)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər