"Onlarla ilkin razılığa gəlmişdik, amma..." - Qoleador hücumçu təsdiqlədi

"Onlarla ilkin razılığa gəlmişdik, amma..." - Qoleador hücumçu təsdiqlədi

"Bəli, onlarla ilkin razılığa gəlmişdik, amma müəyyən səbəblərdən keçid baş tutmadı".

Bunu Fanat.Az-a açıqlamasında ötən mövsüm 2-ci Liqa təmsilçisi "Quba"nın heyətində 24 qol vuran hücumçu Vidadi Cəfərov deyib.

Cəfərov 2-ci Liqanın debütantı "Marafon"a qoşulmağa yaxın olduğunu, lakin şərtlərin onu qane etmədiyini təsdiqləyib: "Şərtlər istədiyim kimi deyildi. Həm də daha çox 1-ci Liqa komandasına keçmək istəyirəm. Hazırda bir neçə klubla danışıq gedir".

Xatırladaq ki, Cəfərov 2024/2025 mövsümündə "Şəmkir"in heyətində 31 qolla 2-ci Liqanın ən sərrast oyunçusu olmuşdu.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər