"Barselona"nın baş məşqçisi Hans-Diter Flik son 10 ilin ən yaxşı mərkəz hücumçusunun kim olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano onun sözlərini şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Robert Levandovski son 10 ilin ən yaxşı mərkəz hücumçusudur. Onun işi irəlidə oynamaq və qollar vurmaqdır ki, bu işi də görür. Hər şey sadədir!"
Xatırladaq ki, cari mövsüm 36 yaşlı Levandovski bütün turnirlərdə 8 matça çıxaraq 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Polşalı "Barselona" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Nihat